Azərbaycan Prezidentinin 25 may 2026-cı il tarixli, 1044 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının gedişini öyrənmək məqsədilə Azərbaycan Prezident Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov, Hacıqabul Rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov və müvafiq qərargah üzvləri bir sıra istehsal və emal müəssisələrində olublar.
“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti “Hajigabul Greenhouse” MMC, “Azerbrood” MMC, “Pirsaat Quşçuluq” MMC, “Hacıqabul Quşçuluq Şirkəti” MMC, “Angus Heyvandarlıq və Agro” MMC, “İlk Agro və Heyvandarlıq” MMC, “Red Valley” MMC (“Mina Şirin”), “Agro Dairy” MMC və “Azərsun Holdinqin Şamaxı Aqroparkı”nda görülən işlərlə tanış olublar.
Müəssisələrdə Dövlət Proqramından irəli gələn vəzifələrin icrası, yeni istehsal güclərinin yaradılması, müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması və ixrac imkanlarının genişləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilmiş, qarşıda duran hədəflərin reallaşdırılması üçün zəruri tövsiyələr verilib.
Dövlət Proqramının regionlarda icrasına nəzarətin gücləndirilməsi, mövcud problemlərin operativ həlli və kənd təsərrüfatı sahəsində dayanıqlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidentinin 25 may 2026-cı il tarixli, 1044 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın yerlərdə icrasının öyrənilməsi məqsədilə keçirilən səfərin sonunda qərargahın geniş tərkibli iclas təşkil olunub.
İclasda Hacıqabul Rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov və Azərbaycan Prezident Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin sektor müdiri Məmmədiyə Məmmədov çıxış edərək Dövlət Proqramının icrası istiqamətində görülən işlər, qarşıda duran vəzifələr və mövcud problemlərin həlli yolları barədə ətraflı məlumat veriblər:
- Dövlət Proqramının regionlarda icrasının sürətləndirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi.
- Yerli istehsal güclərinin artırılması, kənd təsərrüfatı məhsullarının emalı sahələrinin genişləndirilməsi.
- Müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın yüksəldilməsi və ixrac imkanlarının artırılması.
- Əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin yaradılması və sosial rifahın yüksəldilməsi.
- Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və idxaldan asılılığın azaldılması.
İclasda həmçinin müəssisələrdə aparılan işlərin nəticələri müzakirə olunub, qarşıdakı illərdə Dövlət Proqramının uğurlu icrası üçün konkret tapşırıqlar verilib.










Son xəbərlər
Son Xəbərlər