Hakan Fidan dördtərəfli zirvə görüşünə sədrlik edəcək

hakan-fidan-dordterefli-zirve-gorusune-sedrlik-edecek
Oxunma sayı: 631

Türkiyənin xarici işlər naziri Hakan Fidan dördtərəfli zirvə görüşünə sədrlik edəcək.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu gün Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanının xarici işlər nazirlərinin üçüncü görüşü keçiriləcək.

Bildirilib ki, danışıqlar zamanı ABŞ-İsrail-İran münaqişəsi kimi regional problemlərə həll yollarının tapılması müzakirə ediləcək.

Qeyd edək ki, tərəflər arasında bundan əvvəlki görüş martın 29-da Pakistanın paytaxtı İslamabadda baş tutmuşdu.