Hakimi götürüb yerə çırpdı - Güləş şousunda dəhşətli ölüm - Video

hakimi-goturub-yere-cirpdi
Oxunma sayı: 546

Meksikada keçirilən güləş şousu faciə ilə başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, “El Buho” ləqəbi ilə tanınan hakim Xerardo Xerman Pineda matç zamanı güləşçinin ona “piledriver” (baş aşağı yerə çırpma) fəndi tətbiq etməsindən sonra həyatını itirib.

Hadisə Hidalqo əyalətindəki “Deportivo 11 de Julio” idman kompleksində baş verib. Təxminən 30 ildir hakimlik edən Pineda fənddən sonra bir neçə dəqiqə rinqdə hərəkətsiz qalıb. Tamaşaçılar isə əvvəlcə onun bunu şounun bir hissəsi kimi etdiyini düşünüblər.

Məlumata görə, yerli qaydalar tədbirdə tibbi heyətin və təcili yardım maşınının olmasını tələb etsə də, hadisə zamanı ərazidə nə tibb işçisi, nə də təcili yardım maşını olub.

Hadisədən sonra 36 yaşlı güləşçi “Hijo de Fishman” saxlanılıb. Onun ehtiyatsızlıqdan ölümə səbəb olmaqda ittiham oluna biləcəyi və təqsiri sübuta yetiriləcəyi halda 15 ilədək həbs cəzası ala biləcəyi bildirilir.