Hamı bu tarixi gözləyir...

hami-bu-tarixi-gozleyir
Oxunma sayı: 490

“Grand Theft Auto VI” (GTA VI) oyununun səbirsizliklə gözlənilən üçüncü treylerinin 2026-cı ilin iyul ayından tez çıxmayacağı ehtimal edilir”.

“Qafqazinfo” xəbər verir ki, bu iddia ilə tanınmış oyun insayderi və jurnalist Ceff Qrabb “Giant Bomb” “YouTube” kanalındakı podkastında çıxış edib.

Qrabbın sözlərinə görə, oyunsevərlər “Summer Game Fest”də yeni çarxın nümayiş olunacağını gözləməməlidirlər:

“Çünki “Rockstar Games” uzun illərdir formalaşmış ənənəsinə sadiq qalaraq, treyleri hər hansı bir festivalda deyil, tamamilə müstəqil şəkildə, öz platformalarında yayımlayacaq. Müqayisə üçün deyə bilərəm ki, “Rockstar Games” əvvəlki hitlərindən GTA V-in treylerini iyulda, “Red Dead Redemption 2”nin növbəti çarxını isə avqustda təqdim etmişdi”.

Xatırladaq ki, rəsmi açıqlamaya əsasən, GTA VI oyununun 19 noyabr 2026-cı il tarixində “PlayStation 5” və “Xbox Series X/S” konsolları üçün satışa çıxarılması planlaşdırılır. Oyunun fərdi kompüter (PC) versiyasının nə vaxt işıq üzü görəcəyi barədə isə hələlik heç bir rəsmi məlumat yoxdur.