Hamımız “Qarabağ”lıyıq! - Video

hamimiz-qarabagliyiq
Oxunma sayı: 1896

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turunda “Qarabağ” – “Kopenhagen” matçı keçiriləcək.

“Qafqazinfo”nun məlumatına görə, matçdan əvvəl Qarabağ atları stadionun ətrafında dövrə vurub.

Bu ənənəvi simvol klubun adını və Qarabağ ruhunu azarkeşlərə daha yaxından çatdırmaq məqsədi daşıyıb.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.

Fotolar, Video:Xəyal Vəlizadə