Hamlet İsaxanlı qızına yüksək vəzifə verdi

hamlet-isaxanli-qizina-yuksek-vezife-verdi
Oxunma sayı: 3475

Xəzər Universitetinə yeni prorektor təyin edilib.

Məlumat “Qafqazinfo”ya universitetin mətbuat xidmətindən təsdiq olunub.

Bildirilib ki, Ülkər İsayeva Xəzər Universitetinin Elmi işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.

Ülkər İsayeva bundan əvvəl universitetin İnsan resursları departamentinin rəhbəri vəzifəsində çalışıb.

Xatırladaq ki, Ülkər İsayeva Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızıdır. 

Qeyd edək ki, bu barədə ilk məlumatı “Oxu24.com” saytı yayıb.