Harri və Meqandan yanğınlarla bağlı dəstək

harri-ve-meqandan-yanginlarla-bagli-destek
Oxunma sayı: 1204

Sasseks hersoqu Şahzadə Harri və hersoginya Meqan Kaliforniyada meşə yanğınlarından zərər çəkənlər üçün addım atıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlar evlərini yanğınlardan zərər görən dostları və yaxınları üçün açdıqlarını bildirib.

Həmçinin cütlük yanğının təsirinə məruz qalmış icmaları yeməklə təmin etmək üçün Dünya Mərkəzi Mətbəxi ilə işləyirlər.

Bildirilir ki, Harri və Meqan gələcəkdə zərərçəkənlərə psixoloji yardım təklif etməyi də planlaşdırır.