“Hazırda xəstəxanadayam, krizdən çıxmışam”

hazirda-xestexanadayam-krizden-cixmisam
Oxunma sayı: 276

Xəbər verdiyimiz kimi, Xalq artisti Naibə Allahverdiyeva ötən gün xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun məlumatına görə, aktrisa Axşam.az-a açıqlamasında səhhəti barədə məlumat verib.

O bildirib ki, hazırda xəstəxanadadır və müalicəsi davam edir.

N. Allahverdiyeva qeyd edib ki, onda qəfil qan təzyiqi krizi (hipertenziv kriz) yaranıb: “Təzyiqim o qədər yüksəldi ki, hər şey qəfil, ayaq üstə olduğum yerdə baş verdi. Hazırda xəstəxanadayam, yavaş-yavaş düzəlirəm. Krizdən çıxmışam. Müalicəm davam edir”.