Hazırlıqlar Argentinanın qələbəsi üçün imiş? - Video

hazirliqlar-argentinanin-qelebesi-ucun-imis
Oxunma sayı: 4864

Futbol üzrə dünya çempionatının finalında İspaniyanın Argentinanı məğlub etməsindən sonra sosial şəbəkələrdə FIFA ilə bağlı yeni iddialar gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, bəzi istifadəçilər final oyunu üçün əvvəlcədən hazırlanmış atəşfəşanlığın Argentina millisinin rəngləri olan ağ və mavi tonlarda olduğunu iddia edərək, qurumun Argentinanın qələbəsinə hazırlaşdığını irəli sürüblər.

Paylaşımlarda matçın axşam deyil, gündüz saatlarında keçirilməsinin də təsadüfi olmadığı bildirilib. Qeyd edilib ki, qarşılaşmanın gün işığında baş tutması atəşfəşanlığın rənglərinin daha aydın görünməsinə hesablanıb.

Lakin gözlənilənin əksinə olaraq, final görüşündə qalib tərəf İspaniya olub və sosial mediada yayılan bu görüntülər müzakirələrə səbəb olub.