Yayılan istefa və ağır xəstəlik xəbərlərindən sonra “Real Madrid”in prezidenti Florentino Perez susqunluğunu pozaraq vəzifəsində qaldığını bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, klub rəhbəri sağlamlığı və klubdakı gələcəyi ilə bağlı səslənən iddiaları rədd edib.
“Çox təəssüf edirəm, amma istefa vermək fikrim yoxdur. Mən heç yerə getmirəm, əksinə, yeni seçkilərə çağırıram, çünki “Real Madrid” üzvlərinə məxsusdur və bu haqada onlar qərar verməlidirlər. Mənə qarşı kampaniyalar aparılır, lakin mən hələ də buradayam və prezident vəzifəmi icra edirəm. Qoy başqa insanlar da namizədliklərini irəli sürüb proqramlarını təqdim etsinlər. Məni tənqid edən hər kəs bu seçkilərdə iştirak edə bilər. Onlar xərçəng olduğumu deyirdilər, amma bütün bunlar uydurmadır. Yorulmamışam”, – deyə Perez bildirib.
Son xəbərlər
Son Xəbərlər