İranın xarici işlər naziri Abbas Əraqçi İslamabad Memorandumu ilə bağlı açıqlama yayıb.
“Qafqazinfo” xəbər verir ki, baş diplomat rəsmi “X” hesabında tərəflər arasında tarixi sənədin imzalanmasına çox az vaxt qaldığını diqqətə çatdırıb:
“İslamabad Anlaşma Memorandumunun imzalanmasına heç vaxt bu qədər yaxın olmamışıq. Sənəd tam yekunlaşana qədər medianı onun məzmunu ilə bağlı hər hansı fərziyyə və spekulyasiyalardan uzaq durmağa çağırırıq”.
O, şəffaflıq prinsiplərinə sadiq qaldıqlarını bildirərək, memorandumun bütün rəsmi detallarının tezliklə tam şəkildə ictimaiyyətə açıqlanacağını vəd edib.
The Islamabad Memorandum of Understanding has never been closer. Pending its finalization, the media should refrain from entering speculation about its content.
— Seyed Abbas Araghchi (@araghchi) June 12, 2026
In line with our responsible and transparent approach, all details will be shared with the public in due course.
Son xəbərlər
Son Xəbərlər