Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə! - Qiymət açıqlandı

hecc-ziyaretine-getmek-isteyenlerin-nezerine
Oxunma sayı: 6516

Azərbaycanlı zəvvarlar üçün 2025-ci ildə Həcc ziyarətinin qiymətləri məlum olub.

“Qafqazinfo”  xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

Bildirilib ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları (10 115 manat) təşkil edir.

Ötən il isə bu məbləğ 5750 ABŞ dolları (9 775 AZN) idi.