Həkimin intiharı ilə bağlı cinayət işi başlanıldı

hekimin-intihari-ile-bagli-cinayet-isi-baslanildi
Oxunma sayı: 2795

Lənkəranda stomotoloqun intiharı ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, avqustun 21-də Lənkəran şəhər sakini, 1989-cu il təvəllüdlü Müşfiq Bağırovun tikilməkdə olan evinin ikinci mərtəbəsində tavandan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.

Hazırda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə açılmış iş üzrə araşdırmalar aparılır.