“Həkimlər məni sizə qaytardılar” - Video

hekimler-meni-size-qaytardilar
Oxunma sayı: 1068

Xalq artisti Aygün Kazımova ötən gün konsert verib.

“Qafqazinfo” Axşam.az-a istinadən xəbər verir ki, pop kraliça bir müddət əvvəl keçirdiyi xəstəlikdən sonra səhhətinin yaxşılaşdığını bildirib.

O, səhnədə “İkinci həyatımı yaşayıram” deyərək, hisslərini sevənləri ilə bölüşüb: “Sizin sevginiz, dualarınız sayəsində buradayam. Allah məni sevənlərimə qaytardı. Bunu ikinci həyatım kimi qəbul edə bilərsiniz. Sağ olsun həkimlər, məni sizə qaytardılar”.