“Hələ martdır, amma qaz limiti bitib, vahid tarifə keçməliyik”

hele-martdir-amma-qaz-limiti-bitib-vahid-tarife-kecmeliyik
Oxunma sayı: 3205

“Əhalinin qaz limiti ilə bağlı narahatlığı var. Mart ayı hələ 3-cü ay olmasına baxmayaraq artıq qaz limiti başa çatıb. Düşünürəm ki, növbəti illərdə limit məsələsi aradan qaldırılmalı, vahid tarifə keçirilməlidir”. 

“Qafqazinfo” xəbər verir ki, bu təkliflə millət vəkili Naqif Həmzəyev parlamentin iclasında hökumətin hesabatının müzakirəsi zamanı çıxış edib.

Deputat bildirib ki, dövlət tərəfindən tikilən sosial evlərdə mərkəzləşdirilmiş istixana sistemləri yoxdur: “Burada istixanalar quraşdırılsa, əhalinin kommunal xərcləri azalar, həmçinin təhlükəsizlik tədbirləri nəzərə alınar”.

“2011-2018- ci illərdə Gəncə şəhərinin müxtəlif yerlərində ümumilikdə 840 hektara yaxın ərazidə 14 min ev tikilib. Təəssüflər olsun ki, bu evlərin hələ də qeydiyyat məsələləri həll edilməyib. Bu, 70 minə yaxın vətəndaş deməkdir və bu insanların problemləri həll edilməli, seçki hüquqları bərpa olunmalıdır”- deyə Naqif Həmzəyev vurğulayıb. 

Gəncədə 1525 mənzillik 18 yataqxananın yarasız vəziyyətdə olduğunu bildirən deputat qeyd edib ki, Gəncə seysmik ərazidir və məsələyə təcili baxılmalıdır.

Zaur Mirzə