Türkiyənin İstanbul şəhərində 19 yaşlı Semih Çelik adlı şəxs yarım saat ara ilə iki qadını öldürüb.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Semih Çelik sevgilisi İkbal Uzunerlə birlikdə Fatih səmtindəki Ədirnekapıda divarlara çıxıb.
Bir müddət sonra Çelik bıçaqla Uzunerə hücum edib, onu öldürüb, sonra isə hissələrə ayırıb. Daha sonra isə özü divardan atılıb.
Hadisə yerinə polis və təcili yardım qrupları göndərilib. Hadisə yerində ilkin tibbi yardım edilən Çelik təcili yardımla xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib.
Çelikin atası ifadəsində onun 5 dəfə psixoloji müalicə aldığını, iki dəfə itkin düşdüyünü və daha əvvəl də intihara cəhd etdiyini bildirib.
Polis qrupları tərəfindən aparılan araşdırmada Çelikin saat 15.30 radələrində, bu hadisədən yarım saat öncə Eyüpsultandakı evində keçmiş sevgilisi Ayşenur Halilin boğazını kəsərək öldürdüyü müəyyən edilib. Evdə aparılan axtarışlar zamanı Çelikin qara qələmlə çəkdiyi rəsm aşkar edilib. Tapılan şəkildə çılpaq qadın cəsədinin parça-parça olduğu görülüb. Çelikin çəkdiyi şəkil kimi İkbal Uzuneri parçalara ayırdığı müəyyən edilib.
Hazırda hadisələrlə bağlı polisin araşdırmaları davam edir.