HƏMAS həmin ideyadan imtina etdi

hemas-hemin-ideyadan-imtina-etdi
Oxunma sayı: 1767

HƏMAS, İslami Cihad və Fələstinin Azadlıq Xalq Cəbhəsi hərəkatları münaqişə həll edildikdən sonra Qəzza zolağına xaricdən nəzarət ideyasına qarşı çıxıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qrupların birgə bəyanatında deyilir.

“Biz hər hansı xarici nəzarətdən qəti şəkildə imtina etdiyimizi vurğulayırıq”, - bəyanatda bildirilir.

Eyni zamanda, qruplar Qəzzada bərpa, yenidənqurma və inkişafa dəstək sahələrində ərəb və beynəlxalq iştirakdan faydalanmağa hazır olduqlarını açıqlayıblar.