HƏMAS onun sağ olduğunu açıqladı

hemas-onun-sag-oldugunu-aciqladi
Oxunma sayı: 1731

HƏMAS hərəkatı Dohada iqamətgahı vurulmuş Qəzza zolağındakı lideri Xəlil əl-Hayyanın sağ olduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə hərəkat teleqram kanalında məlumat yayıb.

HƏMAS liderinin fotosunu dərc etmədən “HƏMAS lideri Xəlil əl-Hayya Dohada həlak olan oğlu Humamın məzarını ziyarət edib” , - qeyd edib.

Xatırladaq ki, sentyabrın 9-da Xəlil əl-Hayyanın İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi hücum zamanı öldüyü bildirilirdi.