HƏMAS tərksilah olmağa razılıq verdi

hemas-terksilah-olmaga-raziliq-verdi
Oxunma sayı: 413

Qəzza sektorundakı münaqişə tərəfləri və vasitəçilər Fələstinin HƏMAS hərəkatının tərksilah edilməsi barədə razılığa gəliblər. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı mənbələrə istinadən məlumat yayıb.

“HƏMAS-ın ağır silahlarının müsadirəsi üçün ilkin addımlar barədə razılıq əldə edilib”, - mənbələr bildiriblər. 

Qeyd olunub ki, HƏMAS sülh prosesi çərçivəsində Qəzza sektorunun idarə edilməsindən imtina etməyə hazır olduğunu ABŞ tərəfinə təsdiqləyib.

Xatırladaq ki, oktyabrın əvvəli Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə İsraillə HƏMAS arasında atəşkəslə bağlı saziş imzalanıb