Müzakirə olunan binalarla bağlı FHN-dən açıqlama

muzakire-olunan-binalarla-bagli-fhn-den-aciqlama
Oxunma sayı: 1073

Sosial şəbəkələrdə Nərimanov rayonunda bir-birinə həddən artıq yaxın tikilən binalar müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, binalar “Səbinə” MTK tərəfindən tikilib:

“Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 112 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış binası barədə bildiririk ki, sözügedən tikililər “Səbinə” MTK tərəfindən Fövqəladə Hallar Nazirliyi yaranmazdan əvvəl, 2004-2005-ci illərdə inşa edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən istismara hazırlıq aktı rəsmiləşdirilməmişdir”.

Açıqlamada vurğulanıb ki, FHN Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə yaradılıb.