Həmin fotoya görə “Böyük mükafat”ı qazandı

hemin-fotoya-gore-boyuk-mukafati-qazandi
Oxunma sayı: 602

Avstraliyalı, sualtı fotolar çəkən fotoqraf Jono Allen nadir ağ donqar balina balasının şəklinə görə 2026-cı il Dünya Təbiət Fotoqrafiya Mükafatının “Böyük Mükafat”ını qazanıb.

“Qafqazinfo” xəbər verir ki, “Daily Mail” heyvan fotoları üzrə beynəlxalq müsabiqənin ən yaxşı şəkillərini dərc edib.

Jono Allenin fotoşəkilində Tonqa sahillərindəki Vavau arxipelaqının tropik sularında anası ilə birlikdə üzən Mahina (Tonqa dilində “ay” deməkdir) adlı bala yer alıb. 

Qeyd edilir ki, bu nadir bir mənzərədir. Belə ki, 40.000 donqar balinadan yalnız biri albinos olaraq doğulur.