Həmin hücuma görə Rusiyanı ittiham etdi

hemin-hucuma-gore-rusiyani-ittiham-etdi
Oxunma sayı: 445

Qara dənizdə ticarət gəmisinə pilotsuz uçuş aparatı ilə hücum Rusiya tərəfindən eskalasiya prosesinin bir hissəsidir.

“Qafqazinfo” “Mediafax”a istinadən xəbər verir ki, bu barədə Rumıniya Prezidenti Nikuşor Dan Qara dənizdə Rumıniya sahilləri yaxınlığında ticarət gəmisinin batmasını şərh edərkən bildirib.

“Bildiyiniz kimi, dünən biz Ali Milli Müdafiə Şurasının iclasını məhz bu mövzuda keçirdik. Oktyabrın 20-də bizimlə Bolqarıstan tərəfinin xahişi ilə NATO-nun müvafiq komitəsinin bu vəziyyətə həsr olunmuş iclası baş tutdu. İndi biz əlavə avadanlıq alacağıq. Aydındır ki, bu hadisə Rusiyanın Ukraynadakı müharibə kontekstində həyata keçirdiyi eskalasiyanın bir hissəsidir”, - Nikuşor Dan söyləyib.

Xatırladaq ki, bu gün Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşları olan ticarət gəmisi batıb. “KHORYV” adlı gəmidə 13 nəfər olub ki, onlardan 10-u Ukrayna, 3-ü isə Azərbaycan vətəndaşıdır. Dron hücumu nəticəsində gəmidə olan 1 nəfər həlak olub, 3 nəfər itkin düşüb, daha 9 nəfər isə xilas edilib.