Son vaxtlar estetik əməliyyatları ilə də diqqət çəkən türkiyəli sənətçi Ebru Gündeş konsert proqramı ilə İstanbulda pərəstişkarlarının qarşısına çıxıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, repertuarındakı sevilən mahnılarını oxuyan müğənni dinləyicilərinə gözlənilməz sürpriz edib.
E.Gündeş konsertdə 27 il əvvəl ifası zamanı insult keçirdiyi “Dön ne olur” mahnısını ilk dəfə yenidən səsləndirib.
Bu ifa həm sənətçinin pərəstişkarları, həm də Türkiyə şou-biznesini izləyənlər arasında maraq doğurub.
Qeyd edək ki, 1999-cu il dekabrın 1-də “Dön ne olur” albomunun təqdimatı zamanı sənətçinin beyninə qan sızmışdı.
Son xəbərlər
Son Xəbərlər