“Həmin məktəblərdə tədris qeyri-mümkün idi”

hemin-mekteblerde-tedris-qeyri-mumkun-idi
Oxunma sayı: 450

“İnfrastruktur bizi narahat edən məsələlərdəndir”.

“Qafqazinfo” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli  Milli Məclisin Elm və təhsil komitəsinin “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda bu gün təşkil etdiyi ictimai dinləmədə bildirib.

“İnfrastrukturun əsasında təhsil müəssisələrinin yerləşdiyi binaların vəziyyəti qeyd edildi. Deputatlar bölgələrdəki vəziyyətdən yaxşı xəbərdardır. Naxçıvan MR də daxil olmaqla, bütövlükdə 237 musiqi-incəsənət məktəbi Mədəniyyət Nazirliyi sistemində mövcuddur. Monitorinq zamanı elə məktəblər mövcud idi ki, qəzalı vəziyyət hökm sürürdü. Həmin məktəblərdə tədrisin davam etdirilməsi qeyri-mümkün idi. 

Elə bölgələrimiz var ki, ora Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarını cəlb etməklə, orada təhsil prosesini müvəqqəti dayandırıb və tədrisin başqa məkanlarda təşkili ilə bağlı qərar qəbul etmişik. Hazırda 25 məktəbin inşası prosesi davam etdirilir. Bu il həmin məktəblər müəllim və şagirdlərimizə təhvil veriləcək”, - nazir qeyd edib.

Nuranə Daxilqızı