“Bakı hazırda şəhərsalma gündəliyinin bütün elementlərinin müzakirəsi üçün uyğun və aktual məkandır”.
“Qafqazinfo” xəbər verir ki, bunu jurnalsitlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Biz Azərbaycana bu tədbirə ev sahibliyi etmək üçün göstərilən etimada görə son dərəcə minnətdarıq. Bu tədbir eyni zamanda Ümumdünya Şəhərsalma Forumunun tarixində ən böyük tədbirlərdən biridir. 45 mindən çox beynəlxalq və yerli iştirakçı qeydiyyatdan keçib. Hazırda müxtəlif xüsusi sessiyalarda, tərəfdaşların rəhbərlik etdiyi tədbirlərdə, eləcə də yerli təşkil olunmuş tədbirlərdə müzakirələrin intensivliyini və dinamizmini görürük”, - deyə Hacıyev bildirib.
Onun sözlərinə görə, tədbir çərçivəsində qəbul ediləcək sənədlər şəhərsalmanın gələcək gündəliyini də formalaşdıracaq.
Günel İbrahimova
Son xəbərlər
Son Xəbərlər