Həmin serial yutubdan silindi

hemin-serial-yutubdan-silindi
Oxunma sayı: 13130

Türkiyənin qalmaqallı serialı “Şakir Paşa Ailesi: Mucizeler ve Skandallar”ın yayımının dayandırılmasından sonra daha bir qərar qəbul edilib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, məhkəmə qərarı ilə serialın bütün bölümləri yutubdan silinib.

Xatırladaq ki, daha öncə ailə adından verilən açıqlamada serialın ssenarisinin həqiqətə zidd olduğu və reputasiyaya hücum olduğu bildirilib. Məhkəmə ailənin reputasiyasını qorumaq üçün serialın yayımının dayandırılması və yeni çəkilişlərin qarşısının alınması barədə qərar çıxarıb.

Qeyd edək ki, serial “Now TV”də yayımlanırdı.