“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) mükəmməl təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edir və qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Şimali Makedoniya Prezidenti xanım Qordana Silyanovska-Davkova rəsmi sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
“Hər iki ölkə dostluq münasibətləri saxlayır. Enerji sahəsində əməkdaşlıqda və bir sıra sahələrdə əlaqələrin dərinləşməsində qarşılıqlı maraq var. Sammitin mükəmməl təşkilinə görə sizi təbrik edir və qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm”, - deyə Şimali Makedoniya Prezidenti vurğulayıb.