Həmkəndlilərin mübahisəsi qanla bitdi, ölən var

hemkendlilerin-mubahisesi-qanla-bitdi-olen-var
Oxunma sayı: 2779

Kürdəmirdə həmkəndlilər arasında mübahisə birinin ölümü ilə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün Sığırlı kəndində baş verib.

Kənd sakini 1966-cı il təvəllüdlü Hafiz Çümşüd oğlu Nuriyev həmkəndlisi Fəqan Əzizov tərəfindən bıçaqlanıb. Ağır xəsarət alan şəxs elə hadisə yerində ölüb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Fəqan Əzizov saxlanılıb.