Heqset onu istefaya göndərdi

heqset-onu-istefaya-gonderdi
Oxunma sayı: 389

Pentaqonun rəhbəri Pit Heqset ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corcun istefaya getməsini və dərhal təqaüdə çıxmasını tələb edib.

“Qafqazinfo” “CBS News”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ağ Evin müxbiri Cennifer Ceykobs yayıb.

Mənbələrin bildirdiyinə görə, Heqset bu vəzifədə özünün və Prezident Donald Trampın ordu ilə bağlı planlarını tam şəkildə həyata keçirəcək bir lider görmək istəyir.

General Rendi Corcun yerinə müvəqqəti olaraq general-leytenant Kristofer LaNev təyin edilib. LaNev bundan əvvəl Heqsetin baş hərbi köməkçisi vəzifəsində çalışıb və Pentaqon rəhbərinin tam etimadını qazanan bir zabit kimi tanınır.

Qeyd edək ki, general Corcun istefası ABŞ-nin İranla hərbi münaqişə vəziyyətində olduğu bir dövrə təsadüf edir. Heqsetin vəzifəyə gəldiyi gündən bəri 10-dan çox yüksək rütbəli general və admiralı vəzifəsindən kənarlaşdırdığı bildirilir.