Hər an işdən çıxarılma qorxusu ilə yaşayır - İddia

her-an-isden-cixarilma-qorxusu-ile-yasayir
Oxunma sayı: 968

Pentaqon rəhbəri Pit Heqset Prezident Donald Tramp tərəfindən hər an işdən çıxarılacağı qorxusu ilə yaşayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Guardian” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Heqset Pentaqonun rəsmi aparatından getdikcə uzaqlaşır və yalnız özünə yaxın olan dar bir çevrəyə güvənir. Bildirilib ki, o, bir çox tədbirlərə həyat yoldaşı Cenniferlə qatılır, qardaşı Fili isə özünə baş müşavir təyin edib. Heqsetin ətrafında həmçinin vəkili Tim Parlatore və keçmiş dəniz piyadası Riki Bürianın da yer aldığı qeyd olunur.

Məsələnin maliyyə tərəfi də ABŞ-də ciddi müzakirə mövzusudur. Belə ki, Pentaqonun maliyyə şöbəsinin rəhbəri vəzifəsini icra edən Culs Herst aprelin 29-da İrana qarşı hərbi əməliyyatların xərclərinin 25 milyard dollar olduğunu açıqlayıb. Lakin “Iran War Cost Tracker” portalı bu rəqəmin real vəziyyəti əks etdirmədiyini və xərclərin artıq 65 milyard dolları keçdiyini iddia edir. Portalın hesablamalarına regiona cəlb olunan gəmilərin saxlanması, şəxsi heyətin təminatı və digər logistik xərclər də daxildir.

Xatırladaq ki, ABŞ-də bir çox siyasi dairələr İrana qarşı aparılan hərbi əməliyyatı “lazımsız müharibə” kimi xarakterizə etməyə başlamışdılar.