“Hər an ölə bilər” - Xamenei ilə bağlı növbəti iddia

her-an-ole-biler
Oxunma sayı: 840

İranın Ali Lideri Müctəba Xameneinin səhhəti ilə bağlı növbəti iddia yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “IranWire” nəşri adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb. 

Mənbələr bildirib ki, hazırda İran rəhbərliyinin ən yüksək səviyyələrində Xameneinin “son dərəcə kritik vəziyyətdə” olduğu və “hər an ölə biləcəyi” barədə məlumatlar dolaşır. 

Xatırladaq ki, ABŞ və İsrailin fevralda İrana qarşı hücumlara başlamasından sonra Müctəba Xamenei ictimaiyyət qarşısına çıxmayıb. O, təhlükəsizlik məsələlərinə görə atası Əli Xameneinin dəfnində də iştirak etməyib. Daha əvvəl İran Prezidenti Məsud Pezeşkian da Müctəba Xamenei ilə əlaqə qurmağın çox çətin olduğunu söyləmişdi.

Onu da qeyd edək ki, xarici mediada mütəmadi olaraq M.Xameneinin İrana hücumlar zamanı yaralanması və ümumilikdə səhhəti ilə bağlı müxtəlif məlumatlar yayılır.