“Hər iki görüş məhsuldar keçdi”

her-iki-gorus-mehsuldar-kecdi
Oxunma sayı: 442

ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski və İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşlər müsbət və məhsuldar olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Hər iki görüş pozitiv və məhsuldar keçdi”, – deyə o, danışıqların təfərrüatlarına varmadan yazıb.

Bununla belə, Zelenski Trampla görüşdən sonra bəyan edib ki, amerikalı həmkarı ilə “Patriot” zenit-raket kompleksləri üçün tutucu raketlərin istehsalını müzakirə edib.

Qeyd edək ki, Netanyahu ilə Trampın görüşünün detalları hələlik açıqlanmır. Lakin iyulun 27-də İsrail Baş nazirinin ABŞ Prezidenti ilə “gündəmdəki bütün məsələləri, ilk növbədə İran mövzusunu” müzakirə etmək niyyətində olduğu bildirilirmişdi.