“Hər iki tərəflə razılığa gəlməyə həmişəkindən daha yaxınıq”

her-iki-terefle-raziliga-gelmeye-hemisekinden-daha-yaxiniq
Oxunma sayı: 501

“Rusiya və Ukrayna münaqişənin həllinə əvvəlkindən daha yaxındırlar”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

O bildirib ki, hər iki tərəflə razılığa gəlməyə həmişəkindən daha yaxındırlar.

Tramp həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi ehtimalını da dilə gətirib.

O, görüşün uyğun vaxtda baş tuta biləcəyini bildirib.