Hər kəs stadiona axışır... - Video

her-kes-stadiona-axisir
Oxunma sayı: 1439

Məlum olduğu kimi, Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Sabah” doğma azarkeşləri önündə son ölkə çempionu “Qarabağ”ı sınağa çəkəcək.

“Qafqazinfo” xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək qarşılaşmaya maraq gözlənildiyindən də yüksəkdir.

Klubun yaydığı məlumata görə, satışa çıxarılan bütün biletlər artıq tükənib.

Qeyd edək ki, tərəflər arasında Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan ilk görüş gərgin mübarizə şəraitində keçmiş və 2:2 hesablı heç-heçə ilə yekunlaşmışdı. Bu gün qələbə qazanacaq tərəf həlledici final oyununda artıq vəsiqəni təmin etmiş “Zirə”nin rəqibi olacaq.

Məlumat üçün bildirək ki, qarşılaşmanın idarəçiliyi Rəvan Həmzəzadənin rəhbərlik etdiyi hakimlər briqadasına tapşırılıb. Matçın start fiti saat 20:00-da səslənəcək.