“Hər şey çox yaxşı gedir” - Tramp

her-sey-cox-yaxsi-gedir
Oxunma sayı: 503

ABŞ Prezidenti Donald Tramp Ağ Evin rəsmi “YouTube” kanalında yayımlanan açıqlamasında İranla aparılan danışıqların müsbət məcrada davam etdiyini iddia edib.

“Qafqazinfo” xəbər verir ki, Tramp Vaşinqtonun bu məsələdə olduqca sərt mövqe tutduğunu, lakin buna baxmayaraq, tərəflər arasında “çox yaxşı danışıqlar”ın getdiyini vurğulayıb:

“Hər şey çox yaxşı gedir. Düşünürəm ki, günün sonuna qədər bəzi mühüm məlumatlara sahib olacağıq”, – deyə Amerika lideri qeyd edib.

Qeyd edək ki, Vaşinqtondan gələn bu optimist bəyanatlar Tehranda eyni cür qarşılanmayıb. İran Parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf çıxış edərək ABŞ prezidentini yalan danışmaqda ittiham edib. Qalibafın sözlərinə görə, Trampın Tehran və Vaşinqton arasında əldə edilən razılaşmalar barədə yaydığı məlumatlar həqiqəti əks etdirmir və ictimaiyyəti çaşdırmağa yönəlib.