“Sabah” klubu əsas futboçularından olan Timoteuş Puxaçın transfer hekayəsi ilə bağlı paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, onun Azərbaycan təmsilçisinə keçidi bir anda baş tutub.
Puxaç özü bu barədə danışıb: “4 ay idi ki, klubsuz idim. Əgər komanda tapmasaydım, Almaniyada həvəskar liqada oynayacaqdım. “Sabah”la ilk təmasdan sonra onlar mənə zəng etmədi. Düşündüm ki, artıq zəng gəlməyəcək və Polşa liqasında mübarizə aparan GKS-lə müqavilə imzalamağa getdim. Tibbi müayinədən də keçdim. İkinci dəfə zəng gələndən sonra milli komandanın oyunu üçün Katovisada idim. Çünki yığmamız orada oynayırdı. Valdasa zəng etdim və dedim ki, inanın Bakıya gələcəm. GKS-dən ayrılıb “Sabah”a gəlməyim Polşada səs-küy yaratdı. Hər kəs bunu qeyri-peşəkar addım adlandırırdı. Transfer hekayəm qəribədir”.
Klubun baş icraçı direktoru da polşalı müdafiəçinin keçidindən söz açıb: “Onun agenti futbolçunun profilini mənə göndərdi. Baxdım ki, bunu necə transfer edə bilərik. Baş məşqçi Valdas Dambrauskas da onu izlədikdən sonra bildirdi ki, futbolçu barədə pozitiv düşünür. Daha sonra klubun prezidenti Maqsud Adıgözəlova məlumat verdim. O, əvvəlcə həmin mövqeyə daha bir legioner transfer etdiyini bildirdi. PFL-in yeni qaydalarına görə daha çox legioner transfer etsək, buna pul ödəməli idik. Sonra Maqsud müəllimə bir də zəng etdim ki, bu futbolçunu heyətə qatmasaq, mən özümü bağışlamayacam. O dedi ki, sənə inanıram. Tez futbolçunun agentinə yığdım və bildirdim ki, onu heyətə qatmalıyıq. Dedi ki, gecdir. Onları inandırmağa çalışdım və Valdasdan onunla danışmasını istədim. Gecə saat 2-də yuxudan oyandım və gördüm ki, Valdas və futbolçunun agenti Simondan zəng gəlib. Əlaqə saxladıqdan sonra o bildirdi ki, biz transferə razıyıq. Onlar artıq növbəti gün Bakıda idilər”.
Baş məşqçi Valdas Dambrauskas da futbolçusundan danışıb: “Aydın idi ki, kiçik bir şans belə olsa, onu heyətə qatmalı idik. Ramin mənə deyəndə ki, ona zəng et və danış. Əlaqə saxladım, söhbət də yaxşı keçdi”.
Son xəbərlər
Son Xəbərlər