Milli Məclisin deputatı Heydər Əsədov Yeni Azərbaycan Partiyasının Şirvan Şəhər təşkilatının qərargahında növbəti vətəndaş qəbulu keçirib.
“Qafqazinfo” xəbər verir ki, deputat qəbul zamanı müxtəlif əhali və iş qrupundan olan vətəndaşların müraciətlərini dinləyib, onları narahat edən problemlər və təkliflərlə tanış olub.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlər əsasən məşğulluq, sosial müdafiə, kommunal, kreditlərin ödənilməsi və s. sahələri əhatə edib.
Görüş zamanı vətəndaşların, xüsusilə də şəhid və qazi ailələrinin qaldırdıqları problemlərə həssaslıqla yanaşılıb, onların bir çoxu yerindəcə həll edilib.
Həlli zaman tələb edən məsələlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb və araşdırılması üçün aidiyyəti üzrə dövlət orqanlarına göndərilib.
Qəbuldan sonra iki şəhid ailəsi ziyarət edilib, onlara maddi yardımlar və köməkliklər göstərilib.
Daha sonra isə seçicilərin xahişi ilə inşa edilmiş söhbətgah məhəllə sakinlərinin ixtiyarına verilib.
Parlamentarinin seçicilərlə görüşləri davam etdiriləcək.







Son xəbərlər
Son Xəbərlər