Qeyri-sabit hava şəraiti qərb bölgəsində ciddi fəsadlara yol açıb.
“Qafqazinfo” xəbər verir ki, ötən gün güclü külək və leysan yağışları ilə müşayiət olunan hava şəraiti Tovuzun bir neçə kəndində fəsadsız ötüşməyib.
Belə ki, rayonun Bayramlı kəndində vətəndaşa məxsus iki iribuynuzlu heyvanı ildırım vuraraq tələf edib, fərdi təsərrüfata ciddi ziyan dəyib.
Şəmkirin Sabirkənd kəndində isə uzun müddət davam edən güclü külək istixanalara və fermalara ciddi zərər vurub. Bir neçə evin dam örtüyü və dəmir konstruksiyalı hasarlar aşıb. Güclü leysan yağışları nəticəsində ərazidə sel suları yaranıb, arxlar daşıb. Sel sularının evlərə dolması nəticəsində bir neçə sakinin ev quşlarını sel aparıb.
Hazırda bölgədə yağışla müşayiət olunan qeyri-sabit hava şəraiti davam edir.
Yunis Quliyev





Son xəbərlər
Son Xəbərlər