Hikmət Hacıyev İsrail XİN-in baş direktoru ilə görüşdü - Fotolar

hikmet-haciyev-israil-xin-in-bas-direktoru-ile-gorusdu
Oxunma sayı: 1417

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailə səfəri çərçivəsində bu ölkənin Xarici İşlər Nazirliyinin baş direktoru Ronen Levi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi öz “X” hesabında paylaşım edib. 

Bildirilir ki, görüş zamanı Azərbaycanla İsrail arasında ikitərəfli əlaqələr, eləcə də iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.