Hindistanda metal zavodunda baş verən faciəvi hadisə nəticəsində səkkiz nəfər həyatını itirib, daha altı nəfər isə yaralanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.
Bildirilib ki, hadisə Andhra Pradeş əyalətinin Vişaxapatnam şəhərində yerləşən metal fabrikində qeydə alınıb. Kranla daşınan 1600 dərəcə Selsi temperaturda əridilmiş dəmirin işçilərin üzərinə tökülməsi faciəyə səbəb olub.
Hadisə zamanı zavodda təhlükəsizlik prosedurlarının pozulub-pozulmadığı araşdırılır. Polis faktla bağlı istintaq başladıb.
“Press Trust of India”ya (PTI) açıqlama verən rəsmi nümayəndə 8 nəfərin öldüyünü, 6 nəfərin isə müxtəlif dərəcəli xəsarət aldığını bildirib.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma davam edir.
Son xəbərlər
Son Xəbərlər