Hindistanda kişi pul almaq üçün ölən bacısının sümüklərini banka apardı - Video

hindistanda-kisi-pul-almaq-ucun-olen-bacisinin-sumuklerini-banka-apardi
Oxunma sayı: 665

Hindistanda bir kişi bankdan pul ala bilmək üçün ölən bacısının sümük qalıqlarını banka aparıb. 

“Qafqazinfo” “The Times of İndia”ya istinadən xəbər verir ki, hadisə Hindistanın Patna bölgəsində yerləşən Mallipaşi kəndində baş verib.

Məlumata görə, 50 yaşlı kənd sakini Citu Munda bacısının bankdakı əmanət pulunu geri almaq istəyib. 

Lakin bank əməkdaşları onun bacısının öldüyünü təsdiqləyən sənəd tələb ediblər. Buna etiraz edən kişi isə bacısının skeletini çıxararaq bankın qarşısına gətirib və bunu sübut kimi göstərib.

Hadisə yerinə gələn polis əməkdaşları vəziyyəti araşdırıblar.

Qeyd edək ki, polislə söhbətdən sonra Citu Munda skeleti geri apararaq yenidən dəfn edib.