“Hizbullah” atəşkəsi pozdu, 3 əsgərimiz yaralandı” - Netanyahu

hizbullah-ateskesi-pozdu-3-esgerimiz-yaralandi
Oxunma sayı: 290

İsrail Baş naziri Benyamin Netanyahu “X” sosial şəbəkəsindəki hesabında Livanın cənubunda baş verən son hadisələrlə bağlı bəyanat yayıb.

“Qafqazinfo” xəbər verir ki, Netanyahu “Hizbullah”ın atəşkəs rejimini pozaraq İsrail hərbçilərinə hücum etdiyini bildirib:

“Bu səhər “Hizbullah” sərhədin dərhal qarşısındakı İsrail yaşayış məntəqələrini qoruyan təhlükəsizlik zonasındakı əsgərlərimizə hücum edərək Livandakı atəşkəs rejimini pozdu.

Hücum nəticəsində üç əsgərimiz ağır yaralandı. İsrail Müdafiə Qüvvələri (IDF) buna cavab olaraq hücum əmrini verən “Hizbullah”ın terror qərargahına zərbə endirdi. Yalnız daha sonra bəlli oldu ki, “Hizbullah” qəsdən həmin hərbi obyektə mülki şəxsləri yerləşdiribmiş.

“Hizbullah” İsraili mülki şəxsləri qəsdən hədəf almaqda böhtanla ittiham etmək üçün öz mülki əhalisindən canlı qalxan kimi istifadə etmək də daxil olmaqla hər şeyə hazırdır. Lakin ordumuz belə bir addım atmayıb”.