Naim Kasem Livanın “Hizbullah” hərəkatının yeni lideri təyin edilib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı hərəkat yayıb.
O, bundan əvvəl sözügedən təşkilatın baş katibinin müavini vəzifəsini icra edib.
Xatırladaq ki, “Hizbullah” lideri Həsən Nəsrullah sentyabrın 27-də Beyrutda İsrail ordusunun aviazərbələri nəticəsində öldürülüb.