Hökməlidə göl daşdı, evləri su basdı - Video

hokmelide-gol-dasdi-evleri-su-basdi
Oxunma sayı: 770

Abşeronun Hökməli qəsəbəsində göl daşıb, yüzlərlə evi çirkab və qrunt suları basıb.

“Qafqazinfo” Xezerxeber-ə istinadən xəbər verir ki, küçələr və həyətlər su ilə dolduğundan piyadaların hərəkəti çətinləşib.

Bildirilib ki, daha əvvəl Abşeron Rayon İcra Hakimiyyəti gölün ətrafında xüsusi texnikalar vasitəsilə müvəqqəti bənd vurub. Lakin son günlərdə müşahidə olunan intensiv yağış və dolu həmin bəndin dağılmasına səbəb olub. Sakinlərə vəziyyətin qismən aradan qaldırılması üçün icra hakimiyyətinin nasoslar təqdim etdiyi, eyni zamanda yanacaqla təminatın həyata keçirildiyi bildirilir.

Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən verilən məlumata görə, sözügedən ərazidə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud deyil. Bu səbəbdən də yağışlı havalarda tez-tez subasma halları baş verir. Qurumdan eyni zamanda bildirilib ki, gələcəkdə həmin ərazidə Baş plan əsasında layihənin icrası nəzərdə tutulub.

Daha ətraflı videomaterialda: