Hökumənin qardaşı onlara DOST oldu - Video

hokumenin-qardasi-onlara-dost-oldu
Oxunma sayı: 903

“Hər şey yaxşı olacaq!” sözləri və cəsarəti ilə yaddaşlara əbədi həkk olunan Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın qardaşı Coşqun Nəsibli öz ata yurdunda - Kəlbəcərdə sakinlərə xidmət göstərir.

“Qafqazinfo” xəbər verir ki, Kəlbəcərdə DOST məntəqəsinin açılacağını eşitdikdən sonra Coşqun Nəsibli həmin məntəqədə işlə təmin edilmək üçün müraciət edərək, imtahanlarda uğur qazanıb və burada əmək fəaliyyətinə başlayıb.

“Öz doğma Kəlbəcərimdə vətəndaşlara xidmət etmək mənim üçün böyük qürurdur”, - deyən qəhrəmanımız doğma yurdda çalışmağın sevincini DOST TV ilə bölüşüb.

Qəhrəmanımızın uğur yolu daha ətraflı videoda: