Sentyabrın 23-dən Bakıda Formula 1 yarışması səbəbilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək.
Bu iş rejimi Formula 1 trasının həmin ərazidən keçməsi ilə əlaqədardır.
Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər