Hörmüz boğazında gəmilərin hərəkətinə yenidən məhdudiyyət qoyulub.
“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, şənbə günü Hörmüz boğazından keçməyə çalışan ticarət gəmiləri İran donanması tərəfindən buraxılmadıqları barədə radio mesajları alıb.
Məlumata görə, bir gün əvvəl bir neçə ticarət gəmisinə boğazdan keçidə icazə veriləcəyi, lakin bunun yalnız İranın təhlükəsiz hesab etdiyi marşrutlarla məhdudlaşacağı barədə bildiriş göndərilmişdi.
Qeyd edək ki, bu gün Hörmüz boğazında iki ticarət gəmisinə atəş açılıb.
Son xəbərlər
Son Xəbərlər