“İranla razılaşmanın əsas hədəfi nüvə silahıdır, Hörmüz boğazı avtomatik olaraq açılacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Virciniya ştatının Piedmont bölgəsinə səfəri ərəfəsində Endryus Birgə Bazasında çıxışı zamanı deyib.
Prezident bildirib ki, İranla əldə olunması nəzərdə tutulan razılaşmanın əsas məqsədi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.
Onun sözlərinə görə, Hörmüz boğazı da bu razılaşma çərçivəsində tezliklə açılacaq.
Tramp qeyd edib ki, hazırda Pakistana yola düşən ABŞ nümayəndə heyətinin əsas vəzifəsi İranın nüvə proqramını məhdudlaşdırmaqdır: “Nüvə silahı yoxdur. Bu, 99%-dir”, – deyə o vurğulayıb.
Prezident bildirib ki, Hörmüz boğazı yaxın zamanda İranın əməkdaşlığı ilə və ya onsuz açılacaq: “Düşünürəm ki, bu, olduqca tez baş verəcək. Əgər baş verməsə, biz bunu başa vura biləcəyik”.
Tramp boğaz məsələsinin də razılaşmaya daxil ediləcəyini təsdiqləyib.
“Bəli, amma bu avtomatik olaraq açılacaq”, – deyə o bildirib və əlavə edib ki, kanalın tezliklə açılacağına inanır.
ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens isə İranla danışıqlarda Amerika nümayəndə heyətinə rəhbərlik etmək üçün Pakistana yola düşüb. Tramp onunla bağlı “Ona uğurlar arzulayıram. Onun böyük bir işi var” ifadəsini işlədib.
Son xəbərlər
Son Xəbərlər