İran və Oman arasında Hörmüz boğazı ilə bağlı aparılan danışıqlarda yeni mərhələyə keçilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iranlı rəsmi ABŞ-nin maneələrinə baxmayaraq tərəflər arasında danışıqlar irəlilədiyini bildirib.
Onun sözlərinə görə, İranın Omanla danışıqları davam etdirməsi Tehranın diplomatiyaya sadiqliyini və öz hüquqlarını qorumaqda qətiyyətli olduğunu göstərir.
Rəsmi qeyd edib ki, əgər ABŞ prosesə müdaxiləni dayandırarsa, İran və Oman Hörmüz boğazı məsələsində razılığa gələ bilərlər.
Qeyd edək ki, ABŞ-nin maliyyə naziri Skott Bessent də İranla danışıqların davam etdiyini bildirib və tez zamanda Hörmüz boğazının açılması ilə bağlı razılığın əldə olunmasının mümkün olduğunu açıqlayıb.
Son xəbərlər
Son Xəbərlər