“Hörmüzü ABŞ ərazisi elan edəcəyəm” - Tramp

hormuzu-abs-erazisi-elan-edeceyem
Oxunma sayı: 337

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını tezliklə ABŞ ərazisi elan edəcəyini bildirib.

“Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, Tramp ABŞ hərbçilərinin boğaza tam nəzarət etdiyini və təşkil olunan dəniz blokadasının “polad divar”a çevrildiyini vurğulayıb.

Ağ Ev rəhbəri İranın hərbi və iqtisadi baxımdan ağır zərbələr aldığını iddia edib:

“İranı tam şəkildə məğlub etdikdən sonra – hansı ki, bu çox yaxın zamanda baş verəcək – mən Hörmüz boğazını rəsmən ABŞ ərazisi elan edəcəyəm. Bura tamamilə bizim nəzarətimizdədir. İndi onların nə donanması, nə də hərbi hava qüvvələri qalıb, əsgərləri isə maaş ala bilmir. Əllərində yalnız yalan xəbərlər və 300 faizlik inflyasiya var”.

Buna baxmayaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələri ABŞ-nin boğaza tam nəzarət etməsi barədə bəyanatlarını təkzib edərək İrandan icazəsiz heç bir gəminin boğazdan keçə bilməyəcəyini iddia ediblər.